Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


04.02.2020  08:46 

“Heç kim cəzadan yaxa qurtara bilməyəcək”





A+  A-

"Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik".
XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu ildə dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq:

"Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq".

Xəbər 3244 dəfə oxunub.



24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +