Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video


10.10.2023  09:38 

FHN-in sabiq əməkdaşı vətəndaşlardan 161 min manat pul alıb





A+  A-

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Zaur Qafarov və Məmməd Əliyevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Emin Mehdiyevin sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zaur Qafarovun şikayəti qismən təmin edilib, onun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Əliyevə şərti cəza verilib.

İttihama görə, Zaur Qafarov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru və Məmməd Əliyev isə "Gulf Drilling” şirkətinin Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində çalışıb. Zaur Qafarov həmin vəzifədə işləyərkən tanışları Məmməd Əliyev və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Qusar rayon sakini S.M-ni (şərti) FHN-ə işə qəbul edilməsində köməklik göstərilməsi barədə yalan məlumat verib və ondan 10 min manat pul alıb. O, tanışları ilə birgə bu yolla bir neçə şəxsi aldadaraq, onlardan ümumilikdə 161 min manat pulu dələduzluq yolu ilə ələ keçirib./Pravda.az

Xəbər 1257 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub


BÜTÜN XƏBƏRLƏR +