Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


28.03.2023  12:19 

Türkiyədə seçki öncəsi... - Durum xeyli xaotikdir





A+  A-

Türkiyədə çox gərgin seçki atmosferi var. Dünən namizədlər tam bəlli oldu - prezident Ərdoğan, Kılıçdaroğlu, Mühərrəm İncə, Sinan Oğan. İkinci tur ehtimalları daha çox səslənməyə başlayıb. Buna iqtidardakı Cümhur İttifaqının B planı deyərdim. Çünki ilk turda seçkinin bitəcəyinə daha çox inanıram. Niyəsini indilik qısa yazım.

Durum xeyli xaotikdir. Hər keçən gün gərgin siyasi mübarizə xaosu dərinləşdirir.

Hakimiyyət siyasi mübarizədən çox xaosu idarə etməyə meyllənir. Bunun üçün geniş imkanları var. Əsas ağırlığı media daşıyır. Müxalifətlə bağlı elə iddialar ortaya atılır ki, qarşı tərəf təbliğatı buraxıb zamanını iqtidarın dediklərinin əsassız olmasını sübut etməyə xərcləyir. Zamansa çox qısadır - seçkiyə 46 gün qalıb.

Hakimiyyət bir tərəfdən də sürətlə sosial projelər həyata keçirir - zəlzələ bölgəsini dirçəltməyə çalışır, maaş-müavinətləri artırır, çeşidli sosial qruplara yardımlar paylayır.

Bununla siyasətə qarışmayıb yalnız iqtisadi səbəblərilə müxalifətə səs verməyi düşünənlərin ciddi bir hissəsini neytrallaşdırır.

Yəni, Türkiyədə xaos dərinləşir və iqtidar onu idarə edir. İdarəedilən xaoslar isə hakimiyyətlərin senarisi üzrə başa çatır.

Aygün Muradxanlı
Prime TV


Xəbər 1147 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +