Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


10.12.2022  16:31 

Mundialda ilk klassika





A+  A-

Mundialların ləzzəti qrup mərhələsindədir. Gerçəkdən futbol paradı olur, bir gündə 4 qarşılaşma izləyə bilirsən. Play-offlarda bayram ovqatı bir qədər sönür, çünki matçlar həm seyrəlir, həm də ara verilir. Yəni, futbol bolluğundan yoxluğa düşürsən...

Amma Qətər mundialı hər cür şübhələrə rəğmən alındı, hətta bir çox parametrlərinə görə klassik dünya çempionatlarını xatırlatdı. Arxada qalan matçlarda çox şeylərin şahidi olduq: dramatik, feyerik, hətta tragik qarşılaşmalar, qəfil sürprizlər və s. Əksər təxminlər puç çıxdı. Sanki Qətərdə Xəzri əsdi və keçmiş dünya çempionları, favoritlər çürük qoz kimi töküldülər.

Müasir futbolun superulduzları da bacardıqlarını ortaya qoydular, komandalarını gedə biləcəkləri yerə kimi daşıdılar. Amma şans bir çoxunun üzünə gülmədi. Dünya futbolunun meqavingeri Neymar son matçda “slalom gigant”ın xizəkçisi kimi aralardan keçib mükəmməl qol atdı. Amma Braziliyanı xilas edə bilmədi...

Artıq qarşıda vur-tut 6 qarşılaşma qalıb. Bu gün DÇ-2022 matçları sırasında ilk klassik tamaşa olacaq: Fransa-İngiltərə.

Geridə qalan 20 gündə fərqli hekayələri olan matçlar oynanılsa da, hətta Argentina-Hollandiya qarşılaşmalarının xüsusi tarixçəsi olsa da, futbolda ingilis-fransız davası klassika seriyasındandır.

Fransa favorit sayılsa da, sonu açıq matçdır - ingilislər Mbappé və kampaniyasına sürpriz edə, sonuncu dünya çempionlarını evə göndərə bilərlər.

Portuqaliya-Mərakeş qarşılaşmasında portagizlər ağır favorit sayılır. Amma mərakeşlilər dəvəsi ölən digər ərəblərə bənzəmirlər, özlərini Böyük Səhranın şirləri sayırlar:

İspaniyanın öhdəsindən gəliblərsə, bu işi onun qonşusunun başına da gətirə bilərlər.

Əgər bu sensasiya alınarsa, futbol konspiroloqları məyus olacaqlar: bir çoxlarının təxmin etdiyi, digərlərinin umduğu və bəzi iddialara görəsə, “futbol baronları”nın planlaşdırdığı Messi-Ronaldu finalı gösləntisi puç olacaq.

Qəzənfər Həmidoğlu

Xəbər 1404 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +