İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


28.11.2022  08:29 

DTX Naxçıvanda daha bir naziri həbs etdi





A+  A-

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

XəzərNews.az Qafqazinfoya istinadən xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

Xəbər 2481 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +