Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


24.11.2022  12:40 

Salyanda 73 baş xırdabuynuzlu heyvanı oğurlayanlar saxlanıldı





A+  A-

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.

XəzərNews.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.

Bundan əlavə, polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onların digər bir cinayət əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari il oktyabrın əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən iki baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Xəbər 1031 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +