Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


24.11.2022  09:47 

Naxçıvanda nə baş verir?





A+  A-

Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

XəzərNews.az tns.az-a istinadən xəbər verir ki, növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, dünən səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır.

Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.

Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.

Xəbər 959 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +