Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


22.11.2022  14:00 

BMT açıqladı: 6595 ukraynalı həlak olub, 10189 sakin yaralanıb





A+  A-

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri azı 6595 ukraynalı mülki şəxs həlak olub, 10189 dinc sakin yaralanıb.

XəzərNews.az BMT-nin hesabatına istinadən xəbər verir ki, qeydə alınmış mülki əhalinin ölüm və ya xəsarətlərin əksəriyyəti geniş təsir zonasına malik partlayıcı qurğuların istifadəsi nəticəsində baş verib.

Bura ağır artilleriya və çoxsaylı raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri də daxildir.

Ölənlərin 2575-i kişi, 1767-si qadın, 172-si qız və 206-sı oğlan, o cümlədən cinsiyyətini müəyyən etmək mümkün olmayan 37 uşaq və 1838 böyükdür.

Ölənlərin 3939 nəfər Donetsk və Luqansk vilayətlərində qeydə alınıb.

Noyabrın əvvəlindən indiyədək isə 400 mülki şəxs itkin düşüb.

BMT qeyd edib ki, faktiki itki sayı daha çox ola bilər, çünki döyüş meydanından məlumat gecikmə ilə alınır. Söhbət Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetskdən gedir ki, burada dinc əhali arasında çoxsaylı insan tələfatı var.

İsmayıl
XəzərNews.az


Xəbər 786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +