Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi -Video
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava


14.03.2022  09:49 

Narışkinin cibindən çıxan muzdlular...





A+  A-

Bu adamı xatırlayırsınız da? Təxminən 15-16 gün bundan qabaq Təhlükəsizlik Şurasının iclasında Putinin qarşısında tir-tir əsirdi, dili söz tutmurdu. Amma bu adam 44 günlük İkinci Qarabağ savaşı zamanı az qala şirə dönmüşdü, Azərbaycana qarşı rəsmən dişlərini qıcayırdı.

Həmin vaxt Rusiyanın dövlət qurumları bir-birinin ardınca Qarabağda guya Suriyalı muzdluların vuruşması barədə açıqlamalar verməyə başlamışdılar. Noyabrın 5-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Moskva Yaxın Şərqdəki terrorçuların Qarabağdakı döyüş əməliyyatlarına cəlb edilməsindən narahatdır. Onun sözlərinə görə, guya "Rusiya tərəfi məlumat alıb ki, terrorçu təşkilatların nümayəndələri Qarabağa toplanılır. Bu vəziyyət bizdə ciddi narahatlıq doğurmaya bilməz, çünki hadisələrin belə inkişafı Zaqafqaziyada yeni terrorçu anklavların yaranmasına səbəb ola bilər".

Xarici işlər nazirliyindən sonra Rusiyanın Xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin də dil açdı, Qarabağda guya «suriyalı muzdluların» olduğu barədə iddialarla çıxış etməyə başladı.

"Xarici kəşfiyyat xidməti Qarababdakı suriyalı döyüşçülər barədə dəqiq məlumatları Yaxın və Orta Şərq ölkələrinin tərəfdaş xidmətlərindən alıb. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq", - deyə həmin vaxt Narışkin vurğulamışdı.

Lakin Narışkin nə həmin "məlumatlar"ın dəqiq mənbəyi barədə heç bir açıqlama verə bilməmişdi, nədəki hər hansı dəlil-sübut göstərməyi bacarmamışdı. Çünki adam qeyri-peşəkar idi və sadəcə olaraq Azərbaycana böhtan atmışdı. Məqsəd isə müharibəni dayandırmaq üçün Azərbaycana təzyiq göstərmək idi.

Ancaq aradan ilyarım keçəndən sonra Yaxın Şərqdən (daha dəqiq desək, Suriyadan), Afrika ölkələrindən olan muzdlular, terrorçular brdən-birə Narışkin üçün də, onun ağası Putin üçün də sevimli varlıqlara çevrildilər.

Çünki Ukraynada başlatdıqları və 3 günə yekunlaşdırmağı planlaşdırdıqları "ildırım sürətli" müharibə planı indi iflasa uğramaqdadır. Müharibə uzanır, məhv edilən rus əsgərlərinin sayı sürətlə artır, Rusiyanın insani və texniki resursları tükənir.

Ən əsası isə mövcud nizami Rusiya ordusu Ukrayna ordusu ilə, Ukrayna xalqı ilə döyüşməyi bacarmır, qalib gələ bilmir. Ona görə də indi Kreml bütün ümidlərini "Vaqner"çilərə (özəl muzdlu dəstə üzvlərinə), yaramaz "Ramzan Kadırovçular"a, Suriyadan cəlb edilən təcrübəli terrorçulara və Afrikadan gələn muzdlu "adamyeyənlər"ə bağlayıb.

Putinin Suriyadakı muzdluları Ukraynada müharibəyə cəlb etmək tapşırığından sonra hazırda Suriyada muzdluların toplanması üçün 14 mərkəz açılıb. Onların hər biri ilə 6 aylıq müqavilə bağlanılır və ayda 300-600 dollar civarında maaş verilməsi nəzərdə tutulur.

Narışkinin əcaib məntiqinə görə, Zaqafqaziyada yeni terror ocaqlarının yaranmasına səbəb ola biləcək bu muzdlular, bu terrorçular indi Ukraynada adam kimi adam olacaqlar, onlar nə Ukrayna üçün, nədəki Avropa üçün heç bir təhlükə törətməyəcəklər.

Doğrudan da çox əcaib məntiqdir. Daha doğrusu, "ikili standart"lardan doğan məntiqsizlikdir.

Bəybala Mirzəyev


Xəbər 2243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +