Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?
Qarpızı bu aylarda yeyin... - Yoxsa zəhərlənərsiniz


25.02.2022  21:27 

“Ukraynanı tərk etmək bizə yaraşmaz“ - Eldar Tağıyev





A+  A-

“Çətin vəziyyətdə olan həmvətənlərimizlə əlaqə saxlamağa çalışırıq”.

XəzərNews.az xəbər verir ki, bunu Diaspor TV-yə müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev deyib:

Onun sözlərinə görə, bölgədə hələlik internet və telefon işləyir:

“Kiyevdəki mərkəzimiz, Radanın mərkəzi də intensiv çalışır. Yerlərdə çətin vəziyyətdə olan yoldaşlarımızla əlaqəmiz var. Zəng edirik, xəbər tuturuq. Hələlik internet var, telefon abunəsi yaxşıdır. Bacardığımız qədər əlaqə saxlamağa çalışırıq”.

Professorun sözlərinə görə, ekstremal vəziyyət yoxdur:

“Elə ailələr var ki, bu günlərdi iqtisadi çətinlik içində yaşayırlar. Mağazalar, bankomatlarda problem yaranıb. Əhali nağd pul əldə etmək istəyir. Benzin problemləri də var. Qadınlar, uşaqlar var ki, onların müəyyən ehtiyacları qarşılanır. Hələlik ekstremal vəziyyət yoxdur”

E.Tağıyev qeyd edib ki, Ukraynanı tərk etmək fikirləri yoxdur:

“İki qadın var ki, cəbhəyə yaxın bölgədə yaşayır. Onlar kömək üçün bizə müraciət ediblər. Onlarla əlaqə yaratdıq. Təxliyə bizə yaraşmaz. Ukraynalılar necə, biz də elə. Dövlət siyasətinin bir hissəsi də bizik. Birmənalı şəkildə Ukrayna dövlətinin yanında olduğumuzu bəyan etməliyik”.

Xəbər 2249 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +