Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


23.10.2021  14:11 

Canəli Əkbərovla vida mərasimi keçirildi - FOTOLAR





A+  A-

Ötən gün dünyasını dəyişən Xalq artisti Canəli Əkbərov bu gün son mənzilə yola salındı.
XezerNews.az Bakupost.az-a istinadən xəbər verir ki, Xalq artisti saat 14:00-da II Fəxri Xiyabanda dəfn olunub.

Sənətkarın vida mərasimində onun sənət dostları və tələbələri iştirak edib.

Əməkdar artist Yusif Rzayev bildirib ki, Canəli Əkbərov tək sənətdə deyil, həm də həyatda ustad olub:

“Hər hərəkəti ilə bizə örnək idi. Canəli müəllim uzun müddətdir xəstə yatırdı. Daim ona baş çəkirdik. Mütəmadi olaraq qardaşı ilə əlaqə saxlayıb, əhvalını öyrənirdik. Oğlu dünyasını dəyişəndən sonra sanki həyatdan küsdü. Allah rəhmət eləsin, böyük itkidir!”.
Mərhumun qardaşı Tərlan Əkbərov isə qeyd edib ki, sənətkarın vəfatı ilə Azərbaycan muğam sənəti öz möhtəşəm sütunlarından birini itirdi:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. O həmişə dövlətin mədəniyyət siyasətini dəstəkləyən bir sənətkar olub. Canəli Əkbərovun vəfatı ilə Azərbaycan muğam sənəti öz möhtəşəm sütunlarından birini, ailəsi isə öz dəyərli ağsaqqalını itirib. 2 il idi beyin insultu keçirmişdi, müalicə olunurdu. Bu illər ərzində hər zaman Mehriban xanımın xüsusi diqqəti onun üzərində olub. Sənət dostları, tələbələri bir gün olsun onu tək qoynayıb, baş çəkiblər. Mədəniyyət Nazirliyinin göstərişi ilə İkinci Fəxri Xiyabanda, öz müəllimi Xan Şuşunskinin dəfn olunduğu cərgədə torpağa tapşırılacaq”.

T. Əkbərov Xalq artistinin son arzusundan da danışıb:

“Canəli Əkbərov Şuşaya gedib, İsa Bulağından su içmək istəyirdi. Ən böyük və son arzusu bu idi. Qarabağ işğaldan azad olunanda uşaq kimi ağlayırdı. Deyirdi, mən o yerləri Xan əmi ilə gəzmişəm, onun ruhu orada dolaşır”.







Xəbər 1350 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +