Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


16.09.2021  17:43 

Yeni qərar çörəyin qiymətinə təsir edəcək?





A+  A-

İqtisadçı ekspert Natiq Cəfərli Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarını şərh edib.
XəzərNews.az xəbər verir ki, N. Cəfərlinin sözlərinə görə, bu qərarın çörək qiymətlərinə heç bir təsiri olmayacaq: “İstehsalçılar üçün verilən subsidiyalar limitli olacaq, qiymət hər ton üçün 520 manatı keçsə, subsidiya verilməyəcək".

Ekspert bildirib ki, qərarda hər tona 35 manat olan subsidiyaların fevral-may ayları üçün verildiyi, indi bu müddətin sentyabra qədər uzadıldığı qeyd edilir. Bildirilir ki, fevral-may aylarında tonuna 35 manat alanlar indi iyun-iyul-avqustda da bu pulu ala biləcəklər:

“Subsidiyalar artıq keçmiş aylara verilir, o ayların unu ələnib, xəlbiri göydə oynayır. Ölkə özünü buğda ilə təmin edə bilmir, xaricdən, əsasən də Rusiyadan asılıyıq. Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir, yəni, qiymət, məsələn, 100 avrodursa, 50 avro rüsum ödəyib, yol xərcini ödəyib taxıl alırsan, bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”.

Qeyd edək ki, qərara əsasən un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un 2 istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

Xəbər 2404 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +