Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


10.08.2021  10:17 

Bakıda dezinfeksiya işləri davam edir





A+  A-

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.

Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Xəbər 2042 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +