Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı
Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib
Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələndi


02.06.2021  21:38 

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi





A+  A-

Bu gün axşam saatlarından başlayaraq iyunun 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Bundan əlavə, əsasən, şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı və dolu düşəcəyi gözlənilir.
XəzərNews.az xəbər verir ki, gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli və əlverişsiz hava şəraitinin, o cümlədən, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib:

“Həmçinin, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Eləcə də, ildırım çaxan zaman evdəsinizsə, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın, elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın.

Metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.). Daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir.

Yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq outrun.

Avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin”.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Bildirilib ki, təhlükə zamanı “112”yə zəng etmək lazımdır.

Xəbər 2070 dəfə oxunub.



22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +