Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat


23.02.2021  15:42 

Arif Buzovnalıdan yeni QƏZƏL





A+  A-


Vüsal eşqilə düşmüşdür vətəndən dərbədər ahu,
Duyub yar ətrini çöllər gəzər axşam-səhər ahu.

Sudan su inciməz damcı düşəndə damcı üstündən,
Məvəddət məşqin etməkçün gələr dünyaya hər ahu.

Elə zənn etmə göz dikmiş yerə, boynubükük durmuş,
Gözündən düşməyən bir kölgədən çəkməz nəzər ahu.

Xumar gözlər ləbaləb qan, nəfəs təng, durmadan qaçmış,
O səhradan bu səhraya yetirməkçün xəbər ahu.

Vəfa zəhrilə qan paylar vücuda səcdədə aşiq,
Baş insan, əl-ayaq insan, ürək insan, cigər ahu.

Cahanda ey məhəbbət nemətindən bixəbər insan,
Sənin zikrində aciz qaldığın sözlə mələr ahu.

Vəfadan iz qoyar kim diz qoyar torpağə izzətçün,
Nə əksiklik gələr insana olsa bir qədər ahu?

Sədaqət qəddini əymiş, təəccüb etmə məhşərdə
Əlif tək qəddi dik hu məhzərində dursa gər ahu.

Behiştdən bir nişan olmaz məgər bu, eşq dəştində
Tuta bir bəxtəvər insan əlin bir bəxtəvər ahu?

Əgər eşqin dili bir gün zəmanət versə dünyaya,
Gəzər aslanlar içrə qorxusuz, görməz xətər ahu.

Əgər qəm udduğun olmuşsa da, sus, dinmə, ey insan,
Udar dilsiz-ağızsız hər qəmi səndən betər ahu.

Bədəndə çırpınıb ruh inciyər cismin günahından,
Nə cür ki hər sədadan titrəyər, hürkər, əsər ahu.

Zəiflik yox, zəriflik imtəhanından alıb əla
Bəşər meydanına girmiş ki, göstərsin hünər ahu.

Sözün, Arif, deyil Bəhrülülumi şeri tək şirin,
Onun şəhdilə şerün səmtinə eylər güzər ahu.

Arif Buzovnalı

Xəbər 2839 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +