Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


09.01.2020  12:14 

Deputatlığa namizədlər üçün SON GÜN





A+  A-

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.

Bundan əlavə yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-dək hazırlanmalıdır.

Yanvarın 10-da həmçinin seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının löhvələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti başa çatır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Xəbər 1788 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +