Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


05.11.2019  14:21 

Fədayə Laçın səhnəyə qayıdır





A+  A-

Artıq bir neçə vaxtdır ki, müğənni Fədayə Laçın azadlıqdadır. Müğənnin hazırda vəziyyəti necədir? Nə vaxt səhnəyə qayıdacaq?
XəzərNews.az bildirir ki, bu haqda Modern.az Fədayə Laçının bacısı İlahə Fəda ilə əlaqə saxlayıb.

İlahə Fəda bacısı haqqında saytımıza bunları söyləyib.

“Fədayənin vəziyyəti çox yaxşıdır. Allaha şükür səhhətində də heç bir problemi yoxdur. Həbsdən təzə çıxıb deyə dincəlməyə ehtiyacı var. Bəlkə də yorğunluqdandır, ona görə də fikirləşir ki, bir az da dincəlsin. Yeni mahnılar haqqında düşünür. Fikirləşir ki, repertuarında dəyişikliklər etsin. Çünki, Fədayə sevənlər ondan yeni mahnılar gözləyir. İki həftədən sonra artıq efirlərə də çıxacaq, toy məclislərinə də gedəcək. Hazırda öz evindədir, hələ ki, danışmaq istəmir. Bir bacı kimi, sizə minnətdaram ki, hər zaman Fədayəni diqqətdə saxlamısınız. İnşallah ki, yaxın günlərdə Fədayə yenidən səhnədə olacaq”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçına 5 il azadlıqdan məhrumedilmə cəzası verilib, lakin cəzası 2 ilə endirildikdən sonra, bu ilin oktyabrın 29-da azadlığa çıxıb.

Xəbər 1699 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +