Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


17.04.2019  10:07 

Telman İsmayılova qarşı İsveçrədə cinayət işi açıldı





A+  A-

İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Telman İsmayılov barəsində cinayət işi başladıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti öz şəxsi mənbələrinə istinadən yazıb.

Məlumata görə, biznesmen İsveçrədə 3 iqtisadi cinayətdə - dələduzluq, borclunun əmlakının həbs edilməsi, aktivlərin kreditorların zərərinə cəlb edilməsi və aktivlərin çıxarılmasında şübhəli bilinir.

Qeyd olunur ki, əgər İsmayılovun cinayətləri sübut olunsa, o zaman onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Moskvanın keçmiş bankı “BM-Bank” İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək Telman İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 3 dəfə 230 milyon dollar məbləğində kredit verib. İş adamının özü isə bank qarşısında kredit öhdəliyini götürüb. Onun strukturları zamanla cərimələr də nəzərə alınmaqla toplanmış 15 milyar rublu ödəməyi dayandırıb. İsmayılovun özü Arbitraj məhkəməsi tərəfindən iflasa uğramış adam kimi qəbul edilib və bütün əmlakı hərraca çıxarılmalı olub.

Kreditor “BM-Bank” İsmayılova məxsus “Praqa” restoranı, “Tropikano” Biznes Mərkəzi, “AST” Ticarət Mərkəzi və Moskvada Kutuzov prospektindəki 2 mənzil, eləcə də ABŞ-dakı “Craig Valley Plaza” Ticarət Mərkəzinə nəzarəti ələ keçirib. Lakin bank biznesmenin ən məşhur aktivi olan, Türkiyədə yerləşən “Mardan Palace” lüks mehmanxana kompleksini ala bilməyib.

İstintaq zamanı İsmayılovun kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürdüyü, onun İsveçrə şirkətləri və fiziki şəxsləri ilə əlaqədə olduğu müəyyənləşib.

Xəbər 1622 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +