Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq


26.02.2019  17:15 

Tərtərin icra başçısı qaynanasının adına da dövlətdən subsidiya aldı





A+  A-

Ötən gün bir sıra saytlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alması haqda məlumatlar yayılıb.
XəzərNews.az Mia.az-a istinadən bildirir ki, yayılan məlumatda Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.

Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb…

Yayılan xəbərlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıqlama verib. İcra başçısı yayılan xəbərlə bağlı açıqlamasında məlumatı təkzib etməyib.

"Bu, dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin. Doğrudur. İstəsəniz, özünüz də gəlib burda araşdırma edə bilərsiz. Belə məsələlər telefonla həll edilmir”, - deyə cavab verib.

Xəbər 3429 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +