Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?
Qarpızı bu aylarda yeyin... - Yoxsa zəhərlənərsiniz


12.09.2018  11:32 

“Çox qəzəbliyəm, çünki...” - “Qarabağ”ın futbolçusu





A+  A-

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” ciddi itkiylə üzləşib.
XəzərNews.az xəbər verir ki, komanda bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini edən zaman zədə alan Slavçevin durmuna tam aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə futbolçu özü də danışıb: “Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".

Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib:

"Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki, Simeon Slavçev yay transfer dönəmində "Sportinq"dən "Qarabağ"a keçib.

Xəbər 1613 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +