Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


31.05.2018  12:05 

Son 20 ildə Azərbaycanda kişilər sürətlə artıb





A+  A-

Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

S.Qəhrəmanova bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir".

S.Qəhrəmanova deyib ki, bioloji normaya görə, hər 100 qıza 105-107 oğlan düşməlidir:

"Son illər uşaqlar arasında cins nisbətinin tarazlaşdırılması istiqamətində aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir. 2015-ci ildə Azərbaycanda hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib və hər 100 doğulan qıza 114 oğlan düşüb. Hazırda bu nisbət 100-112-dir".

S.Qəhrəmanova əlavə edib ki, problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir: "Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və sair - red.) maarifləndirmə kampaniyalarının keçirilməsi zəruridir".

Xəbər 1404 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +