Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı
Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib
Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələndi


30.05.2018  17:43 

Biləcəri bələdiyyəsinin sədrini otağında döydülər





A+  A-

Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev öz iş otağında döyülüb. Hadisə qanunsuz tikinti ilə məşğul olan qəsəbə sakinləri 53 yaşlı Bəykişi Baxışov və 37 yaşlı Natiq Qasımov tərəfindən ötən gün törədilib.
XəzərNews.az xəbər verir ki, Binəqədi polis idarəsindən "Sputnik Azərbaycan”a verilən məlumata görə, məsələni aydınlaşdırmaq üçün B. Baxışov və N. Qasımov bələdiyyənin ofisinə çağırılıblar. Bu zaman Hikmət Quliyevlə onların arasında dava düşüb. Hadisə baş verən zaman Binəqədi İH-nin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov da orada olub.

Faktla bağlı araşdırma aparmaq üçün Biləcəri bələdiyyəsinə zəng vurduq. Bələdiyyə nümayəndəsi Aysel Musayeva hadisədən xəbərsiz olduğunu, hazırda sədrin işdə olmadığını dedi.

Döyülmə hadisəsi zamanı bələdiyyə sədrinin otağında olan qəsəbə nümayəndəsi İbad İbrahimov isə bunun elə böyük bir hadisə olmadığını, hazırda həm özünün, həm də bələdiyyə sədrinin işdə olduğunu dedi: "Bələdiyyə sədrinin vəziyyəti yaxşıdır, heç bir xəsarət halı yoxdur.

Hazırda özü də işdədir, mən də işdəyəm. Bu elə böyük hadisə deyil, belə insidentlər həmişə olur. Görünür, həmin adam anormal adam olub. Bir ədəbsiz hərəkət elədi və biz də tədbir gördük, hüquq-mühafizə orqanlarına müraciət etdik”.

Xatırladaq ki, bu bələdiyyə sədrlərinin döyülməsi ilə bağlı ilk hadisə deyil. Xüsusən, Binəqədi rayonunda qanunsuz tikilən evlərlə bağlı problemlər olduğundan analoji hadisələr tez-tez baş verir. 3 il əvvəl Sabunçu rayon Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov və mühəndis Samir Əliyev sakinlərin qəzəbinə tuş gəlmişdi. Sakinlər bel və taxta parçaları ilə onları döymüşdülər.

Xəbər 1580 dəfə oxunub.



22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +