Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


28.12.2017  16:54 

Sahibkarlıqda daha bir YENİLİK





A+  A-

““Sahibkarlıq fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə görə, Azərbaycanda sahibkarlıq 4 cür olacaq. Belə ki, qanuna əlavə edilən yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünəcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitsəinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, qanuna edilmiş dəyişiklikdə əsas məqsəd mikro sahibkarlara dövlət tərəfindən yardım etməkdir.

“Ümumi göstəricilərə baxanda Azərbaycanda kiçik sahibkarlıq da çox az inkişaf edir. Ancaq orta və iri sahibkarlıq inkişaf edib. Mikro sahibkarlığa yardım etmək üçün qanuna bu dəyişiklik edilir. Azərbaycanda mikro sahibkarlıqla məşğul olan insanların sayı da çoxdur. Onlar hələ ki faktiki olaraq kiçik sahibkar kimi gedirlər. Yeni dəyişiklik onlara hüquqi yardım etmək məqsədi daşıyır”.

V.Əhmədov bildirib ki, mikro sahibkarlıqla məşğul olan insanlara dövlət tərəfindən müəyyən güzəştlər tətbiq ediləcək.

“Dövlət hər zaman sahibkarlara güzəştlər edir. Onlara bəzi kreditlər güzəştlə verilir. Yəni bank kreditləri adi insanlara 25-30 faizlə verilirsə, sahibkarlara 7 faizlə verilir. Kənd təsərrüfatı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün vergilərdən azad edilib. Bu hər zaman dövlət başçısının diqqətində olan məsələlərdir. Kiçik, orta və iri sahibkarlıqla məşğul olan şəxslərə edilən güzşətlər mikro sahibkarlıqla məşğul olan şəxslərə də tətbiq ediləcək”.

Qeyd edək ki, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər 1788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +