Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


09.11.2017  12:48 

Bakıda qaçırıb Siyəzəndə doğradılar





A+  A-

Bakı şəhər sakini İsmayıl İmamverdiyev Daxili İşlər Nazirliyinin (DİN) "102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindən VAZ-2107 markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
DİN-dən XəzərNews.az-a bildirilib ki, hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər.

Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər 1288 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +