Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


12.09.2017  14:45 

Hacı Qalibin oğlu “Azərsu” əməkdaşının çənəsini qırıb? - VİDEO





A+  A-

“Azərsu” ASC-də nəzarətçi olaraq çalışan Mirzəliyev Elbəyi Məzahir oğlu kommunal borcun ödənilməsi üçün getdiyi evin sahibi tərəfindən döyülüb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya müraciət edən adıçəkilən şəxsin qardaşı Vüqar Mirzəliyev bildirib ki, qardaşı Nəsimi rayon su kanal idarəsində işləyir.

Şikayətçi iddia edir ki, təxminən 70 manata yaxın borcu olan abonentin qapısını döyüb. Qapını açan ev sahibinin oğlu borcu qaytarmayacağını bildirərək, qardaşına ağır zərbələr endirib. Nəticədə qurumun əməkdaşının çənəsi iki yerdən qırılıb, bir dişi isə sınıb.

Əməliyyat olunan E.Mirzəliyev bu ayın 4-dən bəri xəstəxanada yatır. Şikayətçinin sözlərinə görə, qardaşının ifadəsi artıq alınıb. Onu vuran şəxs isə eks-deputat Hacı Qalib Salahzadənin oğludur.

Məsələni dəqiqləşdirmək üçün keçmiş deputatla əlaqə saxladıq. Q.Salahzadə isə iddiaları yalan adlandırdı: “Mənim bir oğlum var, o da şeyxin kürəkənidir. Bu cür əsassız xəbər yazan hər kəsi məhkəməyə verəcəm”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə saytımıza açıqlamasında əməkdaşlarının döyülməsi ilə bağlı faktı təsdiqlədi, lakin E.Mirzəliyevi döyən şəxsin eks-deputatın oğlu və ya yaxını olmadığını bildirdi.


Xəbər 1782 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +