Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı
Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib
Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələndi


03.05.2017  14:27 

“Halal otel“ nədir? – Siyavuş Novruzovun iradına CAVAB





A+  A-

Son vaxtlar Azərbaycanda “halal otel” ifadəsi yaranıb. Mahiyyəti məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən iclasında “halal otel”lərlə bağlı iradını bildirib.

“Digər bir tərəfdən elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov “halal otel” sözünə aydınlıq gətirib.

“İslam Həmrəyliyi Oyunları ilə əlaqədar halal otel məsələsi gündəmdədir. Otelin üzərinə “halal” sözünün yazılması məcburi deyil. Bu, sadəcə, tövsiyə xarakteri daşıyır. Halal standartlara uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Turizm Assosiasiyasının ekspertləri burada fəal iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə təcrübəsindən istifadə edilərək İslam Həmrəyliyi oyunları ilə əlaqədar halal standartlar tətbiq olunur. Gələn qonaqlara halal standartlara, müsəlman adət-ənənəsinə uyğun xidmət göstərilir. Bu da məcburi deyil. Otelin özündən asılıdır”.
Müzəffər Ağakərimov halal standartlara cavab verən otelin necə fəaliyyət göstərməsini də izah edib.
“Halal standartlara cavab verən oteldə spirtli içki verilmir. Xüsusi namaz otağı olur, qadınlar və kişilər üçün ayrıca hovuz olur. Bu baxımdan da islam ənənələrinə, qaydalarına uyğun otel fəaliyyət göstərə bilər. Bu, Türkiyə təcrübəsində də var”.

Onun sözlərinə görə, Azərbaycanda halal standartlara cavab verən otel əvvəllər də olub.

“Müstəqillik qazanandan sonra bizdə halal standartlara cavab verən otellər vüsət almayıb. Amma bəzi atributlara uyğun olaraq fəaliyyət göstərən otel olub. Vaxtilə “İrşad” adlı otel fəaliyyət göstərib. Orada spirtli içkilərin qəbuluna və satışına icazə verilməyib. Həmin otel İslam Araşdırmaları Mərkəzi tərəfindən inşa edilmişdi. Həmin otel indi də fəaliyyət göstərir. Qaldı ki, halal standartlara, otel sahibi istəsə müsəlman ənənələrinə uyğun təbliğat apara bilər.

Bu, müsəlman ölkələrindən daha çox turist cəlb etmək baxımından əlverişlidir. Xüsusilə, İslam Həmrəylik Oyunları başa çatandan sonra müsəlman ölkələrinin Azərbaycana marağı daha da artacaq. Elə insanlar var ki, bu vaxta qədər Azərbaycana təşrif buyurmayıb. Güman ki, oyunlardan sonra Azərbaycana axın güclənəcək.

Əvvəllər müsəlman ölkələrindən Azərbaycana bu qədər axın olmayıb. Fars körfəzi ölkələri üçün viza sadələşdirilməsi prosesi həyata keçirildikdən sonra ərəb ölkələrindən çoxlu turist gəlməyə başlayıb. Bu onu göstərir ki müsəlman ölkələri olan İndoneziya, Malayziya vətəndaşları gələcəkdə Azərbaycana axın edəcək”

(modern.az)

Xəbər 2022 dəfə oxunub.




22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +