Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


07.03.2017  14:59 

“Bir imtahanın nəticəsi iki il istifadə olunacaq” - Məleykə Abbaszadə





A+  A-

“Gələn ildən magistratura səviyyəsinə keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, hazırda rus bölməsinin abituriyentlərinin verdiyi Azərbaycan dili imtahan nəticəsi iki il istifadə olunur: “Bu ilki və gələn ilki qəbul imtahanları hələ ki, bir qaydada davam edəcək. Amma iki ildən sonra ölkədə kurikulumla tədris alan uşaqlar 11-ci sinifə gələcəyi üçün, çalışacağıq ki, iki ilə yeni modelləri işləyəcəyik. Yeni modellərə əsasən bir imtahanın nəticəsi iki il istifadə oluna biləcək. Gələn il isə artıq bunu magistratura səviyyəsində tətbiq edəcəyik. Artıq yeni qərarlar qəbul olunduğu üçün, biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. İmtahan nəticələrinin iki il istifadə olunduğu təqdirdə qiymətlər abituriyentlərə elə də yüksək görünməyəcək”.

Sədr xatırladıb ki, bu il Dövlət İmtahan Mərkəzinə legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu: “Qərarlar qəbul olunmadığı üçün, dekabr, yanvar və fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək”.

Xəbər 2722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +