10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


14.02.2025  10:17 

Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? - Nazirə ağır İTTİHAM





A+  A-

“Tanınmış təhsil ekspertlərinin dediyinə görə Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verir. Məsələn, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib”.

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili, təhsil eksperti Etibar Əliyev çıxış edib.

Nazir Emin Emrullayevi sərt tənqid edən E. Əliyev fikirlərini belə davam etdirib:

“Sual yaranır. Məqsəd nədir? Fərz edək ki, kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib ona (onlara) ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir?

Bu adamlar Gəncədə Aqrar universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional təhsil idarəsinə müdir göndərmişdilər. Həmin regionunda məktəb və baxça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı hesabı olmadı.

Bu xidmətlərinə görə Emin Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir.

Yenə də sual verirəm. Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı - hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə hansı tərbiyədən danışmaq olar”./Yenisabah.az

Xəbər 1288 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +