Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


05.03.2024  11:45 

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT





A+  A-

Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.

Xəzərnews.az yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən "Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir.



Qeyd edək ki, 28 aprel 2005-ci ildə "Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən "Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib.

Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub.



Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir.


Günel Rüstəmova

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.

Xəbər 1588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +