İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi


19.06.2022  22:16 

Fazil Talıbovun yaxasından yapışan qazi BELƏ CƏZALANDIRILDI





A+  A-

“Nazir müavinləri “WhatsAppda” məni bloka atıblar”.

XəzərNews.az xəbər verir ki, bu sözü Cebhe.info-ya bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya zamanı qurumun mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan qazi, Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib:

“Nazir müavinlər məni “qara siyahı”ya, yəni bloka atıblar. 3 ay bundan öncə mənə səhər tezdən zəng vurub məlumat verdilər ki, 40-a yaxın qazimiz ƏƏSMN-nin qarşısındadır. Onlardan təxminən 10-a yaxın qazi Gənc Qazilər İctimai Birliyinin üzvləri idi. Mən ora gedəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər vəzifəli şəxslər qazilərimizlə mübahisə edirdilər. Onlar mənə dedilər ki, qaziləri sakitləşdirin, onların siyahısını tutaq. Nazirlik rəsmiləri qazilərin problemlərini qısa zamanda həll edəcəklərinə söz verdilər. Biz orada siyahı tutduq. Qazilərimizin hər birinin ad və soyadı, yaşadıqları ünvanları, şəxsiyyət vəsiqələrinin FİN kodları, problemləri qeyd edilib təqdim edildi. Bunun bir nüsxəsini Babək Hüseynova təqdim etdim. Onlar mənə dedilər ki, problem həllini tapacaq. Bu hadisənin üzərindən 15 gün keçəndən sonra əlaqə saxladım. Siyahıda olan 40 qazidən 10-nun probleminin həlli istiqamətində yönləndirmə olmuşdu. Bir-ikisinin problemi isə həll edilmişdi.

Yenidən siyahı tutdum və nazirliyə təqdim etdim. Yenə də bir-iki nəfərə kömək etdilər, qalanı qaldı. May ayında yenidən ağır durumu olan qazilərin siyahısını tutub nazirliyə təqdim etdim. Belə olan halda qazilər mənə dedilər ki, problemər həllini tapmayıb. Anar Bayramov və digər vəzifəli şəxslərə yazdığım mesajları qazilərə göstərdim. Nazir müavinləri məni bloka atıblar. Zənglərimə də cavab vermədilər”.

Aksiya zamanı qazilərin ona zəng vurduğunu deyən Hacı Vəliyev bildirib ki, nazirliyin qarşısında toplaşanda qazinin birinin halı pisləşib. Bu zaman nazirliyin əməkdaşları qazini binaya keçirib qapını arxadan bağlayıblar:

“Ambulans çağırdıq, həmin qazinin halı pisləşdiyi üçün qapını sındırmaq məcburiyyətində qaldıq”.

Xəbər 3068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +