Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib


31.03.2021  19:34 

Bakının mərkəzi küçələrində parklanma qadağan olundu





A+  A-

Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq.
BŞH-dən XəzərNews.az-a verilən məlumata görə, Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq.

Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb.

Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək.

Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.

Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. "Formula 1" trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Xəbər 3119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +