“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


30.05.2018  19:43 

Ramil Usubovun işdən çıxardığı polkovnikə hökm oxundu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə F.Məmmədxanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək F.Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 185 min manat mənimsəməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən verilən açıqlamaya görə, F.Məmmədxanov həbsindən 6 ay əvvəl barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Xəbər 2812 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +