İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi


26.06.2017  11:57 

Ermənistan silahlı qüvvələri atəşkəsi 155 dəfə pozub





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
XəzərNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 2413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +