Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


06.05.2017  12:48 

“Porsche” ilə gənc ananı öldürən Ağəli saxlanıldı - RƏSMİ





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
XəzərNews.az-ın xəbərinə görə, məlumatda deyilir ki, saat Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. "Təhlükəsiz şəhər" Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 7097 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +