Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.07.2025  12:45 

Yanğında 33 nəfər zəhərlənib... - TƏBİB





A+  A-

Ötən gün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verib və 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

XəzərNews.az TƏBİB-ə istinadən xəbər verir ki, iyulun 20-si saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

Çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən 7 nəfərə (3 qadın cinsli, 4 kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, 3 nəfərə isə (2 qadın cinsli, 1 kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Xəbər 537 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +