Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


15.10.2023  22:59 

Müharibə başa çatdıqdan sonra... - Hər gün Xankəndini görürdük





A+  A-

Bu şanlı tarixi gündə Xankəndi ilə bağlı bəzi fikirlərimi paylaşmaq istəyirəm.

Müharibə başa çatdıqdan sonra düz 49 gün müddətində hər gün Xankəndini görürdük. Mövqeyimiz elə idi ki, şəhər, necə deyərlər, ovcumuzdaydı, tam görünürdü, binoklla isə daha aydın görüntü mümkün idi.

Daha öncəki statuslarımın birində qeyd etdiyim kimi, içimizdə Xankəndiyə də bayraq sancacağımız günə böyük inam və əminlik vardı. Sadəcə, başa düşürdük ki, zamana ehtiyac var.

Qayıdandan sonra Xankəndi mövzusunda bəzi söhbətlər içimizdəki əminliyi azaltmasa belə, qəlbimizə toxunurdu. Klaviatura şirlərinin "bəs Xankəndiyə niyə gedə bilmirik" tipli kinayəli sözlərinə hər dəfə layiqli cavab versək də, bu mızqoyma xəstəliyinə daxilən əsəbləşməmək mümkün deyildi.

Və nəhayət, o gün rəsmən gəldi - biz Xankəndiyə ən yüksək səviyyədə daxil olduq. Əminəm ki, bu şərəfli gün nəinki bu ilin, eləcə də Azərbaycan tarixinin ən müqəddəs günlərindən biridir və Zəfər tariximizin qızıl səhifəsidir.

Bu səhifəni yazan hər kəsə sonsuz minnətdarlıq və hörmətlə...

Şəkildə görünən şəhər Xankəndidir.

Araz Ağayev
Vətən müharibəsi iştirakçısı


Xəbər 64744 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +