Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar


30.06.2022  10:03 

“Həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir” – Tolik Zaura qarşı





A+  A-

“Mən burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər”.

XəzərNews.az xəbər verir ki, bunu aparıcı Tarix Əliyev Zaur Kamalın Cənubi Azərbaycanlı Afşini canlı efirdən qovmasına münasibət bildirərkən deyib. Tolik bildirib ki, o Afşini dəfələrlə efirinə dəvət edib:

“Zaur da növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir.

Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar.

Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa!

Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”./“Yeni Sabah”

Xəbər 4756 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +