26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


08.12.2020  20:43 

Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı





A+  A-

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir.
XəzərNews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, növbəti aksiyalardan biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Nümayişçilər özləri ilə simvolik olaraq saat və ətir gətirərək Paşinyanı daha çox itirdiyi bu əşyaların maraqlandırdığını bildiriblər.

Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak edirlər. Polis küçələri bağlamağa çalışan mitinq iştirakçılarını saxlayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ay “Facebook” səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı “Təbii ki, Vətən uğrunda” sözləri ilə paylaşmışdı.

Qeyd edək ki, Ermənistan müxalifəti 10 noyabr bəyannaməsini imzaladığı üçün Nikol paşinyanın istefasını tələb edir. Onlar baş nazirə istefaya getməsi üçün bu günədək vaxt qoymuşdular. Paşinyana verilən müddət bitdiyindən müxalifət bu gün vətəndaş itaətsizliyi çağırışı edərək yenidən aksiyalara başlayıb.

Xəbər 3404 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +