Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


15.09.2020  17:25 

İsraildə yoluxma sayında yeni rekord





A+  A-

İsraildə son 24 saat ərzində 4 973 nəfərin koronavirusa yoluxması ilə gündəlik yoluxma sayında pandemiya başlanandan etibarən ən yüksək rəqəm qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə bu günə qədər ümumilikdə 162 013 insan koronavirusa yoluxub. Onlardan 1141 nəfər xəstəlik səbəbindən həyatını itirib, 120 433 pasiyent isə müalicə olunaraq sağalıb. Hazırda ölkədə 40 689 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Yoluxma hallarının kəskin artması səbəbindən 18 sentyabr tarixindən etibarən İsraildə 3 həftəlik karantin tətbiq edilməsinə qərar verilib.

Karantin dövründə market, aptek və çörək fabrikləri istisna olmaqla məktəblər də daxil olmaqla bütün müəssisələrin fəaliyyəti dayandırılacaq. İnsanlara evlərindən 500 metrdən çox uzaqlaşmaq qadağan olunacaq.

Xəbər 3308 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +