Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


11.06.2020  21:54 

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır





A+  A-

Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadacaq.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Nikol Paşinyan bildirib.

“Sabah hökumətin növbədənkənar iclası baş tutacaq, hansında ki, biz fövqəladə vəziyyət rejiminin bir ay müddətinə uzadılması barədə qərar qəbul edəcəyik”, - Paşinyan brifinq zamanı deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin müddəti uzadılır, çünki onu zəruri edən səbəblər hələ aradan qaldırılmayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə məqsədi ilə martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət rejimi elan edilmişdi. 11 iyuna olan məlumata əsasən, ölkədə 14 669 nəfərdə COVID-19 aşkarlanıb, 5 466 nəfər sağalıb və 245 pasiyent vəfat edib.

Xəbər 3705 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +