Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


20.11.2019  10:17 

Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü





A+  A-

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayçzekkerin oğlu qətlə yetirilib.
XəzərNews.az-ın “RBB” nəşrinə istinadən verdiyi xəbərə görə, 59 yaşlı Frits fon Vayçzekker Berlində “Schlosspark-Klinik”də mühazirə zamanı naməlum kişi tərəfindən aldığı bıçaq yarası nəticəsində həyatını itirib.

Qeyd olunur ki, bir neçə dinləyici cinayətkarı yaxalaya biliblər. “Der Tagesspiegel” xəbər verir ki, onlardan biri də ağır xəsarət alıb.

Polis qatilin tutulduğunu təsdiqləyib. Hazırda onun şəxsiyyəti və motivləri barədə heç bir məlumat yoxdur.

Bildirilir ki, mərhum 2005-ci ildən sözügedən klinikada terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Riçard fon Vayçzekker 1984-1994-cü illərdə Almaniyanın Prezidenti vəzifəsini icra edib, Xristian Demokratik Birliyinin üzvü olub. 2015-ci ildə 95 yaşında vəfat edib.

Xəbər 2903 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +