Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı


07.06.2019  10:28 

Türkiyəli pilotların ABŞ-da təlimə qəbulu dayandırıldı





A+  A-

ABŞ rəsmi Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksini satın alma qərarı ilə əlaqədar Türkiyədən F-35 qırıcıları üçün pilotların təlimlərə qəbul edilməməsi barədə qərar verib.
XəzərNews.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qərar hazırda ABŞ-da olan pilotlara deyil, Arizona ştatında yerləşən “Lyuk” aviabazasında təlimə qoşulmaq istəyənlərə şamil olunub.

Məlumata görə, hazırda “Lyuk” aviabazasında 4 türkiyəli pilot təlim görür. Türkiyədən olan daha iki pilot isə təlimatçı olaraq fəaliyyət göstərir.

Eyni zamanda, aviabazada 20 Türkiyə vətəndaşı var ki, onlar da hərbi təyyarələrin istismarına məsuliyyət daşıyır, amerikalı mütəxəssislərin rəhbərliyi altında təlim keçirlər.

Xəbər 2529 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +