Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.08.2018  12:59 

İran və Şimali Koreya ABŞ-a qarşı birləşdi





A+  A-

İran prezidenti Həsən Ruhani Şimali Koreyanın xarici işlər naziri Li Yön Xo ilə görüşdə onu xəbərdar edib.
XəzərNews.az “Financial Tribune” nəşrinə istinadən xəbər verir ki, Ruhani nazirə ABŞ-ın güvənilir bir tərəfdaş olmadığını bildirib.

“Vaşinqtonun son illərdəki fəaliyyəti ABŞ rəhbərliyini öz öhdəliklərini yerinə yetirməyən etibarsız bir tərəfdaş kimi dünyada qəbul edilməsinə gətirib çıxarıb”- deyə İran prezidenti xəbərdar edib.

Öz növbəsində koreyalı nazir Xo ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

“KXDR-in siyasəti İslam Respublikası ilə münasibətləri inkişaf etdirmək və birqütblü siyasətə qarşı mübarizə məqsədi daşıyır” - deyə Xo bildirib.

Bundan əlavə, nazir Ruhaniyə, Koreya yarımadasında vəziyyətin inkişafı ilə bağlı Vaşinqton və Pxenyan nümayəndələri arasında Sinqapurdakı son danışıqlar barədə məlumat verib.

KXDR Xarici işlər naziri Li Yön Xo avqustun 7-də İrana rəsmi səfər edib. O, səfəri ərəfəsində İranın Xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Qeyd edək ki, bu ilin mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını bildirib. O, bundan sonra İrana qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini qeyd edib. Bundan sonra iyunun 12-də isə Sinqapurda Trampla Şimali Koreya lideri Kim Çen In arasında ilk tarixi ikitərəfli görüş keçirilib. Görüşdə liderlər təklikdə yalnız tərcüməçilərin müşayəti ilə danışıqlar aparıb. Sammitdən sonra isə iki ölkə lideri Koreya adası ilə bağlı birgə bəyanat imzalayıblar.

Xəbər 3123 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +