Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


25.03.2024  14:04 

Moskvadakı teraktın başçısı belə saxlanılıb - Ağacda gizlənibmiş... - VİDEO





A+  A-

Sosial şəbəkələrdə martın 22-də Moskvadadakı "Crocus City Hall”-da törədilən teraktın iştirakçısı və həmin qrupun lideri olan Tacikistan vətəndaşı Dalerjon Mirzoevin saxlanma anını əks etdirən görüntülər yayılıb.

O, Bryansk vilayətində yerləşən meşəlik ərazidə saxlanılıb.

Paylaşılan kadrlardan da məlum olur ki, Mirzoev polis əməkdaşlarından yayınmaq üçün ağacda gizlənib. Lakin axtarışlar zamanı onun yerini müəyyən etmək mümkün olub.

Sözügedən videoda Mirzoevin saxlanılarkən fiziki şiddətə və psixoloji təzyiqə məruz qaldığı görünür.

Qeyd edək ki, Mirzoev "Crocus City Hall”-dakı teraktın ardından digər qrup üzvləri - Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni ilə birlikdə izdihamın içinə qarışaraq ərazini tərk etməyə nail olub. Onlar ağ rəngli “Renault” markalı avtomobilə əyləşərək gecə saatlarında Bryansk vilayətinə doğru hərəkət ediblər.

“Renault” avtomobilindəki 4 terrorçu hadisə yerindən uzaqlaşa bilsələr də, hüquq-mühafizə orqanları onları Bryans vilayəti, Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkar edə biliblər.

Polisin “dur” tələbinə əməl etməyən avtomobil təqib və davamlı atəş nəticəsində aşıb və terrorçular maşını tərk etmək məcburiyyətində qalıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Onların meşədəkı axtarışı isə uzun çəkməyib.

Terrorçulardan biri yorulduğundan qaçmağa davam edə bilməyəcəyini anlayıb və ağaca dırmaşaraq gizlənməyə çalışıb. Amma onun gizlənmək cəhdləri uzun sürməyib və bir neçə saatdan sonra yaxalanıb. Daha sonra isə onun dostlarından biri meşədə, digəri isə dərə kənarında saxlanılıb.



Xəbər 2908 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +