Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb


22.04.2019  20:41 

Türkiyə konsulluğuna hücum edildi





A+  A-

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş konsulluğuna “Molotov kokteylləri” atılıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücumu yerli vaxtla 02:51-də həyata keçiriblər.

Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini bildirib:

“İki “Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar 3 gənc saxlanılıb. Lakin, onlarla bağlı detallı məlumat verilməyib. Yaxın günlərdə məsələnin aydınlanacağını düşünürük”.

Qeyd edək ki, son 2,5 ildə Sürixdəki Baş konsulluğa 6 dəfə hücum edilib.

Xəbər 2888 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +