Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.07.2025  17:05 

Məşhur marketdə saxta araqlar aşkarlandı





A+  A-

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Sərxan Qurbanəli oğlu Süleymanova məxsus “Ay Store” marketdə yoxlama aparıblar.

XəzərNews.az xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı marketdə 6 ədəd 1 litrlik, 7 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb.

Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış göstərildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.





Xəbər 483 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +