Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“a yeni direktor təyin edildi
Bu qurumların əməkdaşları 5 gün evdən işləyəcək
Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib
Tramp Polşa prezidentinə məktub göndərib


15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi





A+  A-

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində təhsil haqları artırılıb. Belə ki, müalicə işi ixtisası üçün təhsil haqqı 4500 manatdan 6500 manata qaldırılıb. Ötən il ödənişi 4000 manat olan stomatologiya ixtisasında isə təhsil haqqı 2000 manat artırılaraq 6000 AZN olub. Bu, abituriyentlər və valideynlər arasında narazılığa səbəb olub. İmtahan verdikdən sonra qiymətin artırılması onların planlarını pozub.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da bu kəskin dəyişikliyə etiraz edənlərdəndir. Deputatın fikrincə, təhsil haqqı belə asanlıqla artırılmamalıdır:

“Düşünürəm ki, təhsil haqının artırılması yalnız Nazirlər Kabinetinin qərarı ilə olmalıdır. Yəni universitetlər istədikləri vaxt təhsil haqqını qaldırmamalıdılar. Eyni zamanda təhsil haqqı insanların imkanlarına uyğun olmalıdır. Burda önəmli məqamlardan biri də odur ki, bu barədə imtahan bitdikdən sonra yox, öncə məlumat verilməli idi. Abituriyent əvvəldən bilməli idi ki, filan universitetə daxil olsa, təhsil haqqı bu qədər olacaq. Bu, eyni zamanda tələbələrin xaricə axınına - digər ölkələrdə təhsil almağa meyil göstərməsinə səbəb olacaq. Bəzi tələbələr qiyməti əsas gətirərək düşünürlər ki, xarici ölkədə oxumaq daha sərfəlidir. Mən hesab edirəm ki, bu addım çox ciddi müzakirələrə aparıb çıxaracaq. Ona görə biz bu məsələdə tələsməməli və reallığı nəzərə almalıyıq. Təhsil haqqı artımı kim nə vaxt istəyir, necə istəyir prinsipilə baş verməməlidir.”


Xəbər 3948 dəfə oxunub.




17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +