Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


22.07.2025  11:21 

Hansı avtomobillər 12 min manat UCUZLAŞDI?





A+  A-

2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

XəzərNews.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.

Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24% artıb.

Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir.

Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. 2024-cü ilin ilk yarısında ölkəyə 1 500-dən çox tam elektrikli avtomobil gətirilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 930-a düşsə də, "plug-in" hibridlərin idxalı 14 minə yaxınlaşıb. Bu sinif ötən il statistikada ümumiyyətlə yer almayıb. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.

Elektrik avtomobillərin orta qiymətində isə ciddi azalma müşahidə edilib. Belə ki, ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (txəminən 12 min manat) ucuzlaşıb.

Xəbər 67 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +