XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


01.05.2023  11:10 

Fəlsəfə ilə din bir-birinə ziddir? - Şərh





A+  A-

"İctimai fikirdə belə bir yanlış təsəvvür yayılıb ki, guya fəlsəfə ilə din bir-birinə ziddir. Hətta özünə "filosof" titulu qazanmaq üçün bəziləri ateist və inkarçı mövqeyinə keçirlər; əslində bütün "yaradıcılıqları" elə dini aşağılamaqdan ibarət olur. Təəssüf ki, çağdaş mühitimizdə bunun üçün bir zəmin var".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış alim Səlahəddin Xəlilov çıxış edib.

"Əslində isə fəlsəfə ateizmlə bir araya sığmır. Həmişə hər yerdə bütün böyük filosoflar idealist olublar və vəhdət ideyasına, kosmik nizama/ağla, universal ədalətə, Tövhidə, Allaha inanıblar. Hətta sovet dövründə materialist və ateist kimi qələmə verilənlər də. Əlbəttə, bir fərq nəzərə alınmalıdır ki, mən din deyəndə mollabaşlığı və ya dini mərasimçiliyi nəzərdə tutmuram - Əsas şərt kimi Haqqa, Həqiqətə, Ədalətə, Xeyirə, Gözəlliyə və zirvədə bunların vəhdətinə - Tövhid ideyasına qatılmağı vurğulayıram. Bu yanaşma həm də fəlsəfi idealizmə aparır; çünki ideya bir olur, təzahürlər minbir. İdeya mükəmməl olur, maddi təcəssümlər qüsurlu və s.

Şüurun aşağı səviyyəsində "ateist" və "dindar" - eyni nifrət bezinin qıraqlarıdır. ‬‪Şüurun üst səviyyəsində isə sadəcə vəhdət və sevgi var. Burda dinlər arasında qarşıdurma da yox olur. Bu səviyyəyə qalxan yol isə fəlsəfədən keçir. Aristotel nahaq yerə demirdi ki, nadanlar ancaq fərqi görür, aqillər isə eyniyyəti" -S.Xəlilov bildirib.

Xəbər 6552 dəfə oxunub.



09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +