41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...
Nazirlikdən üzərliklə bağlı XƏBƏRDARLIQ
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə KEÇİRİLƏCƏK


22.07.2025  17:07 

“Beynəlxalq” statuslu klinikada dərəbəylik... - Bu hansı xidmət səviyyəsidir?





A+  A-

Bakıda yerləşən Məlhəm Beynəlxalq Hospitalla bağlı daha bir narazılıq sosial şəbəkələrə çıxarılıb.

XəzərNews.az xəbər verir ki, 3 uşaq anası olan Nigar Salayeva iyulun 22-si saat 09:30 üçün nevroloq Sahilə Ələkbərovaya qəbul yazıldığını, lakin 2 körpə uşağı ilə birlikdə saatlarla həkimi gözlədiyini bildirib.

Onun sözlərinə görə, ödənişi 09:15-də edib və gözləmə otağına keçib. Lakin həkim qəbul otağında olmayıb, əlaqə üçün yazıldıqda isə yalnız “yoldayam” cavabı alınıb. Valideynə hər hansı üzrxahlıq və ya izah verilməyib.

“Dedim, yaxşı, biraz da gözləyək. Amma 1 saat keçdi, nə bir cavab verildi, nə də zənglərimizə baxıldı. Qəbul otağına yaxınlaşaraq pulumu geri istədim. Məni 2-ci mərtəbəyə – şikayət otağına yönləndirdilər. Orada isə heç kim yox idi. Soruşanda ki, iş saatı nə vaxt başlayır, “bilmirik” cavabını aldım”, – deyə ana bildirib.

Şikayətçinin sözlərinə görə, bu zaman klinikanın müdir müavini ona yaxınlaşaraq vəziyyətin düzgün olmadığını etiraf edib və pulu geri qaytaracaqlarını bildirib. Lakin bundan təxminən 2 saat sonra eyni şəxs geri qayıdaraq həkimin 20 dəqiqəyə gələcəyini deyib və “əgər gözləyə bilmirsinizsə, pulu qaytaraq” cavabını verib.

“Bura özəl klinikadır, üstəlik “beynəlxalq” adını daşıyır. 2 saatdan çox bir həkimi gözləmək, nə üzr, nə səbəb eşitməmək, nə də normal cavab almaq... bu hansı xidmət səviyyəsidir?”, - deyə yazan şikayətçi məsələ ilə bağlı TƏBİB və Səhiyyə Nazirliyinə də müraciət etdiyini bildirib.

Məlhəm Beynəlxalq Hospital və nevroloq Sahilə Ələkbərova tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Zəhra
XəzərNews.az



Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +